6 C
Baku
Monday, December 16, 2024

Avropada qaz 11%-dən çox ucuzlaşıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 660 ABŞ dollarından aşağı enib.

Banker.az xəbər verir ki, 24 yanvar tarixində fevral fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 659.9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (743.8 dollar) ilə müqayisədə 11.3% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Son xəbərlər
Digər xəbərlər