6 C
Baku
Sunday, December 15, 2024

Avropada qaz qiymətləri 1.3 faiz artımla hərracı bağlayıb

Avropada qazın birja qiymətləri cümə gününün ticarətini 1,3 % artaraq min kubmetr üçün təxminən 1 125 dollar təşkil edib.

Bu barədə ICE London Fond Birjasının məlumatında qeyd olunub.

Ən yaxın – noyabr fyuçersləri (ən böyük Avropa mərkəzi TTF indeksinə görə) hərracı müsbət göstərici ilə – min kubmetr üçün 1110,4 dollar (+2,1%) açıb və gün ərzində 1 100 dollardan yuxarı qalıb. Aşağı qiymət 1 106,1 dollar (-0,4 %), ən yüksək qiymət 1 182 dollar (+6,4 %), bağlanış qiyməti isə 1 124,9 dollar (+1,3 %) təşkil edib.

Kotirovkaların dinamikası əvvəlki hərrac gününün hesablaşma qiymətinə – min kubmetr üçün 1 110,4 dollara əsaslanır.

Son xəbərlər
Digər xəbərlər