8 C
Baku
Wednesday, October 30, 2024

Avropada qazın 32%-dək ucuzlaşacağı proqnozlaşdırılır

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Avropada təbii qazın orta qiyməti üzrə proqnozunu açıqlayıb.

“ING Group”a istinadən xəbər verir ki, qurum 2024-2025-ci illər üçün TTF indeksi (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən iri virtual satış mərkəzi) üzrə Avropada qazın qiyməti ilə bağlı proqnozunu dəyişməyib və müvafiq olaraq 28 və 29 ABŞ dolları səviyyəsində (elektrik enerjisi ekvivalentində – MVt-saat üçün) saxlayıb.

Bununla yanaşı, “ING Group” Avropada qazın qiyməti üzrə 2026-ci il üçün proqnozunu açıqlayıb. Belə ki, qeyd olunan göstəricinin 28 dollar səviyyəsində olacağı ehtimal olunur.

“ING Group”un hesablamalarına əsasən, 2023-cü ildə Avropada təbii qazın qiyməti bir MVt-saat üçün 41 dollar təşkil edib, bu da 2024-cü il üçün verilən proqnoz göstəricidən 31.7% çoxdur.

Xatırladaq ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər