Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 100 ABŞ dollarına çatıb.
Avqustun 8-də Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility”də (TTF) hərraclarıın açılışında sentyabr fyuçerslərinin qiyməti 2 100 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 1.6% çoxdur.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.