27 C
Baku
Tuesday, July 16, 2024

Avropada qazın qiyməti 460 dolları ötüb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 460 ABŞ dollarını keçib.

20 aprel tarixində may fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 462,2 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (456,5 dollar) ilə müqayisədə 1,2% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Son xəbərlər
Digər xəbərlər