Avropada qazın qiyməti ticarət sessiyasının sonunda 5% azalaraq 1 000 kubmetr üçün 1 050 ABŞ dollarından yuxarı qalxıb.
Bunu ICE Futures məlumatları təsdiq edir.
Avropanın ən böyük mərkəzi TTF indeksi üzrə may fyuçersləri ticarətin başlanğıcında min kubmetr üçün 1 151 ABŞ dolları olub. Sessiyanın ortasında qiymət 1 173-ə yüksəlib.
Bağlanış qiyməti isə 1 063,1 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki hesablaşma qiymətindən 4,9% azdır.