Niderlandın TTF mərkəzindəki (hab) qazın forvard kontraktları üzrə qiyməti 1 min kubmetrə görə 254 dollara yüksəlib. Bu, 2019-cu ilin yanvarından bəri ən yüksək göstəricidir.
Rusiya mətbuatının verdiyi məlumata görə, Avropa ölkələri yeraltı anbarlardakı qaz ehtiyatlarını aktiv şəkildə istifadə edir.
Məlumata görə, bazar günü Avropada yerləşən yeraltı qaz anbarlarının dolum səviyyəsi 72,5%, bu da may ayından olan minimal göstəricidir.