Avropada qazın qiyməti martın əvvəlindən indiyədək ilk dəfə 3 300 ABŞ dollarını keçib.
Bu barədə Londonun ICE birjasının məlumatlarına istinadən xəbər verilir.
Belə ki, TTF qovşağında sentyabr fyuçerslərinin dəyəri 1 000 kubmetr üçün 3 333 ABŞ dollarına yüksəlib.
Günün əvvəlindən qazın qiymətində ümumi artım 11%-dən çoxdur.
Qeyd edək ki, martın 7-də qazın birja qiyməti tarixdə ilk dəfə olaraq 1 000 kubmetr üçün təxminən 3 900 ABŞ dollarına çatıb.