Avropada müstəqil ödəniş sistemlərinin qurulması üçün təklifi üzərində iş artıq başlayıb, lakin bu asan olmayacaq, Almaniyanın xarici işlər naziri Heiko Maas Berlində XİN səfirləri ilə konfransı açaraq bildirib. Bu barədə məlumat PRIME tərəfindən verilir.
«Biz Avropada muxtariyyatı və süvenerliyi ticari, iqtisadi və maliyyə siyasəti üzrə gücləndirməliyik. Bu asan olmayacaq, lakin biz artıq bunu etməyə başlamışıq. Biz ödəniş kanalları təqibinin (…)və SWIFT sistemindən daha müstəqil sistemin və Avropa Valyuta Fondunun yaradılması üzərində işləyirik»- deyə nazir bildirib.
Almaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, Avropa Vaşinqtonun Rusiya, Çin və digər əsas iqtisadi tərəfdaşlarına qarşı tətbiq elədiyi sanskiyalara reaksiya göstərməlidir.
«Vashington bizə sanksiya siyasəti ilə bağlı cavab formalaşdırmağa məcbur edir. ABŞ-ın gələcəkdə birdən-birə razılaşdırılmamış və daha qeyri-spesifik şəkildə Rusiyaya, Çinə, Türkiyəyə bəlkə də, digər əsas ticarət tərəfdaşlarına qarşı sanksiyalar tətbiq etməsi Avropayada, Almaniyayada aiddir» -RİA Novosti nazirin dediklərini sitat gətirir.
Daha əvvəl Maas Almaniya Xarici İşlər Nazirliyinin Almaniyanın xarici siyasət strategiyasını ABŞ-a qarşı yenidən nəzərdən keçirəcəyini bildirmişdi. Beləliklə, O, ABŞ və Avropanın artıq uzun illərdir bir-birindən uzaqlaşdığınıı, maraq və dəyərlərin eyniliyinin isə tədricən yox vəziyyətinə düşdüyünü qeyd edib.
Vaşinqtonla yeni bir əlaqənin təməlinin qoyulmasında Maas, balanslı əməkdaşlıq ideyasını təklif edib və Almaniyanın xarici siyasətinin əsas məqsədi güclü və müstəqil Avropanın yaradılması olduğunu vurğulayıb.