10 C
Baku
Saturday, November 23, 2024

Avropada təbii qaz 10%-dən çox bahalaşıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 700 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.

Banker.az xəbər verir ki, 3 oktyabr tarixində noyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 714.7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 913.1 dollar) ilə müqayisədə 10.4% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Son xəbərlər
Digər xəbərlər