14 C
Baku
Monday, May 13, 2024

Avropada təbii qaz 10 dollardan çox ucuzlaşıb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 273 ABŞ dollarından aşağı enib.

23 may tarixində iyun fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 272.6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (282.9 dollar) ilə müqayisədə 10.3 dollar və ya 3.6% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər