Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 300 ABŞ dollarını ötüb.
5 iyun tarixində iyul fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 307.4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (263.3 dollar) ilə müqayisədə 16.7% çoxdur.