Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 540 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.
Banker.az xəbər verir ki, 22 fevral tarixində mart fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 541.5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (535.6 dollar) ilə müqayisədə 1.1% çoxdur.
Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.