6 C
Baku
Wednesday, January 15, 2025

Avropada təbii qaz bahalaşıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 420 ABŞ dollarına yaxınlaşıb.

20 iyun tarixində iyul fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 419.8 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (393.3 dollar) ilə müqayisədə 6.7% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər