13 C
Baku
Friday, November 22, 2024

Avropada təbii qaz bahalaşıb

Ötün gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 420 ABŞ dollarını ötüb.

13 sentyabr tarixində oktyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 422.4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (383.9 dollar) ilə müqayisədə 10% çoxdur.

 

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Qeyd edək ki, 2021-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər