Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 550 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.
Banker.az xəbər verir ki, 23 fevral tarixində mart fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 554.2 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (556.9 dollar) ilə müqayisədə 0.5% azdır.
Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.