6 C
Baku
Wednesday, January 15, 2025

Avropada təbii qaz cüzi ucuzlaşıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 330 ABŞ dolları səviyyəsinə qərarlaşıb.

23 may tarixində iyun fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 330.4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (331.8 dollar) ilə müqayisədə 0.4% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Son xəbərlər
Digər xəbərlər