9 C
Baku
Friday, December 13, 2024

Avropada təbii qazın qiyməti $400-dən aşağı enib

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 400 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.

14 dekabr tarixində yanvar fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi 392.6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (399.5 dollar) ilə müqayisədə 1.7% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Qeyd edək ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər