Avropada qazın birja qiymətləri 6 %-dək düşüb.
Banker.az xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın fyuçerslərinin qiyməti günə 1930.6 ABŞ dolları ilə başlayıb. Bu isə sonuncu ticarət günü qeydə alınmış qiymətlə (min kubmetr üçün 1 913.1 dollar) müqayisədə 0.9 % yuxarıdır.
Daha sonra qiymət 5.8 % düşərək 1802.6 dollar təşkil edib.