7 C
Baku
Thursday, December 12, 2024

Avropada təbii qazın qiyməti ucuzlaşıb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti mart ayının 10-dan ilk dəfə olaraq 550 ABŞ dollarından aşağı enib.

23 oktyabr tarixində noyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 532.5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (560.2 dollar) ilə müqayisədə 4.9% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər