-1 C
Baku
Sunday, December 15, 2024

Avropada ucuz aviabiletlərin satışına son qoyulacaq

Avropa İttifaqı ölkələri ucuz aviabiletlərin satışına son qoymaq üçün hava yollarının fəaliyyətinə təsir edəcək iqlim vergisinin tətbiqinə başlayıblar.

Qeyd olunur ki, bununla səlahiyyətlilər turistləri alternativ nəqliyyat növlərinə keçməyə həvəsləndirmək istəyirlər. Belə ki, 2020-ci ilin aprelindən başlayaraq Almaniyada ekoloji vergi fəaliyyətə başlayacaq.

Banker.az xəbər verir ki, yeni siyasətə əsasən, daxili reyslər və ya Avropa istiqamətlərinə (2,5 min kilometrə qədər) uçuşlar üçün ümumi ödəniş 15% artacaq və əvvəlki 7,5 avro 13,03 avro təşkil edəcək.

Eyni zamanda, altı min kilometrə qədər məsafələrə uçan turistlər 23,4 əvəzinə 33 avro, uzun məsafəli uçuşlar üçün 42,1 əvəzinə 59,4 avro ödəməli olacaqlar. Bundan əlavə, vergi gəlirlərinin qatar biletlərinin dəyərinin azalmasına təsir göstərəcəyi qeyd olunur. Beləliklə, Almaniyada qatarların 10% ucuzlaşacağı gözlənilir.

Almaniyadan başqa, 2020-ci ildən etibarən Fransada iqlim vergisi fəaliyyət göstərməyə başlayacaq. Bilet növündən asılı olaraq ödənişlər 1,5 ilə 18 avro arasında dəyişəcək. 2021-ci ildə etibarən ekoloji vergi Hollandiya və İsveçdə də tətbiq ediləcəyi gözlənilir.

Sentyabr ayında ekonom sinifli aviabiletin orta qiymətinin 2019-cu ilin əvvəlindən təxminən 25% artdığı məlum olub.

 

 

Son xəbərlər
Digər xəbərlər