13 C
Baku
Tuesday, November 19, 2024

Avropada “yaşıl” enerjinin qiymətləri rekord həddə düşüb

2024-cü ilin ilk səkkiz ayında regionda elektrik enerjisinin qiymətləri dəfələrlə sıfırdan aşağı düşüb, bəzən meqavat/saat üçün -22 dollara çatıb. Bu onunla bağlıdır ki, günəş və külək enerjisinin sürətli inkişaf tempi elektrik enerjisinin profisitini yaradır, Banker.az bu barədə ProFinance saytına istinadən xəbər verir.

Son onilliklərdə Avropa ölkələri külək və günəş enerjisi layihələrinə böyük sərmayələr qoyublar, çünki təmiz elektrik enerjisinin qiymətləri kəskin ucuzlaşıb. Son on ildə günəş foto elektrik sistemlərinin qiyməti 90%, dəniz küləyi 70%, batareyaların qiyməti isə 90%-dən çox ucuzlaşıb.

Qlobal külək və günəş enerjisi istehsalının dinamikasını onların xərclərinin dinamikası ilə müqayisə etdikdə görünür ki, son dövrdə istehsal xərcləri təxminən 20% azalıb. Bununla belə, son dörd onillikdə günəş enerjisi ən bahalı enerji mənbələrindən birinə çevrilib.

Son xəbərlər
Digər xəbərlər