Avropa İttifaqı ölkələrində oktyabr ayında qeydiyyata alınan yeni avtomobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 14.6 faiz artaraq 855 min 484 ədəd olub.
Bu barədə Avropa Avtomobil İstehsalçıları Birliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, oktyabrda Aİ-də satılan yeni avtomobillərin 33.4 faizi benzin, 28.6 faizi hibrid, 14.2 faizi elektrik, 12 faizi dizel mühərrikli, qalanı isə digər növ nəqliyyat vasitələri olub. Elektrik mühərrikli avtomobillərin satışı oktyabrda keçən ilin eyni dövrünə görə 36.3 faiz artaraq 121.8 min ədədi keçib.
Yanvar-oktyabr aylarında Avropada yeni nəqliyyat vasitələrinin qeydiyyatı isə keçən ilin müvafiq dövrünə nisbətən 16.7 faiz artaraq 8.79 milyonu ötüb. Avropa ölkələrində avtomobil satışları son 15 aydır artım tendensiyası göstərir.
Oktyabrda İtaliyada avtomobil satışları əvvəlki illə müqyisədə 20 faiz artıb. Ay ərzində ölkədə 139 mindən çox yeni avtomobil qeydiyyata alınıb.