9 C
Baku
Tuesday, November 5, 2024

Avropada yeraltı qaz anbarların doluluq səviyyəsi 60%-ə yaxınlaşıb

Avropa İttifaqında yeraltı qaz anbarlarının doluluq səviyyəsi 60%-ə yaxınlaşıb.

Bu barədə “Gas Infrastructure Europe” Assosiasiyasının (Avropanın qazın nəqli sistemləri operatorları assosiasiyası) məlumatlarında bildirilib.

Məlumata görə, bu ilin 1 may tarixinə Avropada qaz anbarların doluluq səviyyəsi 0.31 faiz bəndi artaraq 59.6% təşkil edib. Bu, ötən ilin müvafiq tarixinə olan göstəricisindən 26 faiz bəndi çoxdur.

Qeyd olunan tarixə anbarlarda olan qazın həcmi 65 mlrd. kubmetr təşkil edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər