Avtomobil istehsalçılarının səhmlərinin daxil olduğu “STOXX Auto & Parts” indeksinin kapitallaşması qiymətlərin düşməsi, xüsusən də “Aston Martin” və “Stellantis” şirkətlərinin ucuzlaşması səbəbindən təxminən 10 milyard dollar itirib, bu barədə “Reuters” yazıb.
“Aston Martin” və “Stellantis” səhmləri şirkətlər illik proqnozların pisləşdirdikdən sonra ucuzlaşıb. Londonda “Aston Martin” səhmləriBakı Moskva vaxtı ilə saat 16:02-də 22.95% düşüb. “Bloomberg” yazır ki, zirvədə onlar 28% azalıb ki, bu da 2020-ci ilin martından bəri ən böyük eniş olub. Şirkət proqnozların pisləşməsini tədarük zəncirindəki fasilələr və Çindəki zəif tələblə izah edib.
“Stellantis” səhmləri Bakı vaxtı ilə saat 16:02-də Milanda 14.8% ucuzlaşıb ki, bu da 2020-ci ilin martından bəri ən kəskin eniş olub. “Jeep”, “Opel”, “Peugeot”, “Alfa Romeo” və digər brendlərə sahib olan avtomobil istehsalçısı düzəliş edilmiş əməliyyat mənfəət marjasının əvvəlki proqnozundan aşağı – 5.5-7% olacağını gözləyir.
Konsern pisləşən bazar tendensiyalarını, ABŞ-də biznesin yenidən qurulmasının yüksək xərclərini və Çinli elektrik avtomobil istehsalçılarının rəqabətini qeyd edib.
“Stellantis” və “Aston Martin” ilə yanaşı, “Volkswagen”, “Mercedes-Benz” və BMW də proqnozlarını pisləşdirib. Onlar bunu həm də dünyanın ən böyük avtomobil bazarı olan Çində tələbin zəifləməsi ilə əsaslandırıblar.