6 C
Baku
Sunday, December 15, 2024

Avropanın ən bahalı abidələri

Sən demə bizim qiymətsiz hesab etdiyimiz əşyalara da qiymət qoymaq olarmış. Deyirlər ki, incəsənətin dəyəri misilsizdir, amma İtaliyanın Montsa və Briantsa vilayətinin ticarət-sənayesi palatasının mütəxəssisləri Avropamın ən qədim tarixi abidələrinin qiymətinin neçəyə ola biləcəyini hesablamağa cəhd ediblər.

Mütəxəssislər bu tarixi abidlərin ən bahalılarının reytinqini tərtib etmişdir. Hesablama zamanı abidələrin populyarlığı, tikililərin hazırkı durumu, onların turistlər tərəfindən ziyarət olunması, məşhurluğu və nəzərə alınmışdır, xüsusən də turistlərin bu abidələri görmək üçün nə qədər puldan keçməyə hazır olduğu.

Avropanın ən bahalı memarlıq abidəsi Eyfel qülləsi seçilmişdir, onu 435 milyard avro civarında qiymətləndiriblər.

Əksər hallarda Eyfel qülləsi adı ilə çağırılan, “Dəmir Ledi”nin gəlirləri demək olar ki, Fransa ümum daxili məhsulunun beşdə bir hissəsini təşkil edir.

eyfel

Roma Kolizeyi, qədimi tarixinə baxmayaraq Eyfel qülləsindən 6 dəfə daha ucuzdur. Onun dəyəri 91 milyard avro civarında hesablanır və o, reytinq siyahısında 2-ci yeri tutur. Kolizeyi görmək istəyənlərə tələsməyi tövsiyə edərdik, çünki çox tezliklə İtaliya paytaxtının ən turistlər tərəfindən ən sevimli məkanı tikinti işlərinə qərq olacaq. Roma hakim dairələri Kolizeyin bərpası ilə təmir planının yekun variantını artıq təsdiq ediblər və təmir-bərpa işləri bu ilin dekabr ayında start götürəcək.

rome

Katalon memarı Antonio Qaudinin ən məşhur əsərlərindən biri – “Müqəddəs Ailə” kilsəsi satışdan 90 milyard avro gəlir gətirə bilərdi. “Sagrada Familia” ən bahalı abidələrin siyahısında üçüncü yerə layiq görülüb.

san

Dördüncü yeri Milan Kafedralı (baş kilsəsi) tutur, bina qotik üslubda ağ mərmərdən tikilib. Dünyaca məşhur və ölçülərinə görə planetin dördüncü ən böyük kilsəsi şəhərin tam mərkəzində yerləşir. Milanın Duomo kilsəsi 82 milyard avro həcmində qiymətləndirilir.

ml
London Tauerin qiyməti isə 70,5 milyon avro civarında müəyyən edilib. Sonradan həbsxanaya çevrilmiş kral istehkamı indi isə Londona baş çəkən turistlərin ən çox baş çəkdiyi yerlər sırasındadır.

ir

İspaniya mədəniyyəti bu siyahıda daha bir nümayəndə ilə təmsil olunmaq şərəfinə nail olub. Milli rəssamlıq muzeyi – digər adı isə Prado muzeyi olan və 1819-cu ildə əsası Madriddə qoyulmuş bu abidə 60 milyon avro həcmində qiymətləndirilir. Bina özündə ispan klassisizminin (incəsənətdə antik nümunələri təqlid edən cərəyan) son mərhələsinin ən görkəmli nümunəsini təcəssüm etdirir. Məhz burda Bosx, Velezkes, Qoyn, Muriyyo, Surbana və El Qrekonun məşhur incəsənət xadimlərinin əsərlərinin tam toplusu saxlanılır. Qeyd edək ki, əsərlərin, heykəllərin və rəsmlərin dəyəri hesablama zamanı abidənin qiymətinə daxil edilməyib.

dfghsef

Yeddinci yerdə Böyük Britaniyanın və mənim zənnimcə planetimizin ən maraqlı və ən müəmmalı abidəsi olan Stounhedc dayanır. Yad planetlilər tərəfindən inşa olunması fərz edilən bu tikilini ekspertlər 10,5 milyard dollar civarında qiymətləndirib. Iri sal daşlardan ibarət bu abidə İngiltərənin mərkəzində yerləşir, o, YUNESKO-nun beynəlxalq irsi sırasında daxil olmağa tam layiqdir. İl ərzində milyonlarla turist onu görməyə gəlir.

hehe

Son xəbərlər
Digər xəbərlər