10 C
Baku
Wednesday, December 11, 2024

Avropanın 4 ölkəsinin prezidenti Ukraynaya yola düşüb

Litva Prezidenti Qitanas Nauseda, Latviya Prezidenti Eqils Levits, Polşa Prezidenti Andjey Duda və Estoniya Prezidenti Ukraynaya yola düşüblər.

Bu barədə Litva Prezidenti Qitanas Nauseda tviter hesabında yazıb.

O, qeyd edib ki, həmkarları ilə Kiyevə güclü siyasi dəstək və hərbi yardım mesajı ilə yollanır.

Litva Ukraynanın öz suverenliyi və azadlığı uğrunda apardığı mübarizəsini dəstəkləməyə davam edəcək.

Qeyd edək ki, daha əvvəl Litva Prezidenti Qitanas Nauseda, Latviya prezidenti Eqils Levits, Polşa Prezidenti Andjey Duda arasında görüş keçirilib.

Litva Prezidenti Gitanas Nauseda tviter hesabında həmkarları ilə bir araya gəlməsini mühüm regional görüş adlandırıb.

“Gündəlikdə: NATO-nun şərq cinahının təhlükəsizliyinin gücləndirilməsi, Ukraynaya dəstək, Ukraynanın Avropa İttifaqına üzv olmaq üçün əlavə təbliğat, Rusiyaya qarşı daha sərt sanksiyalar. Birlik bizim gücümüzdür”

MənbəReport
Son xəbərlər
Digər xəbərlər