10 C
Baku
Monday, November 25, 2024

Avropanın eks-siyasətçiləri Rusiya şirkətlərinin direktorlar şuralarından çıxmağa başlayıblar

Keçmiş avropalı siyasətçilər Rusiyanın Ukrayna ərazisindəki hərbi əməliyyatı fonunda böyük rus şirkətlərinin direktorlar şuralarını tərk etməyə başlayıblar.

Banker.az xəbər verir ki, Finlandiyanın keçmiş Baş naziri Esko Aho “Turun Sanomat”a müsahibəsində “Sberbank”ın Müşahidə Şurasından getdiyini bildirib. O, bunu “dərhal” etmək niyyətində olduğunu qeyd edib. Aho 2016-cı ildən “Sberbank”ın Müşahidə Şurasına seçilib və strateji planlaşdırma, davamlılıq və risklərin idarə edilməsi komitələrinin üzvü olub.

Avstriyanın keçmiş federal kansleri, o cümlədən “OBB” dəmir yolu şirkətinin idarə heyətinin keçmiş rəhbəri Kristian Kern “Rusiya Dəmir Yolları” QSC-nin direktorlar şurasını tərk etdiyini açıqlayıb.

“Financial Times” mənbələrə istinadən yazıb ki, İtaliyanın keçmiş Baş naziri Matteo Renzi cümə axşamı “Delimobil” rəhbərliyinə şirkətin direktorlar şurasını tərk etdiyi barədə məlumat verib.

Fevralın 24-ü səhər saatlarında Putin Ukrayna ərazisində xüsusi hərbi əməliyyatın başlandığını elan edərək, bu qərarı Rusiyanı “Ukraynanı girov götürənlərdən” qorumaqla izah edib. Ukrayna prezidenti Volodimir Zelenski bütün ölkədə hərbi vəziyyət elan edib və Rusiya ilə diplomatik münasibətləri kəsib.

Bunun fonunda Rusiya fond bazarı 2016-cı ildən bəri rekord səviyyəyə enib. Moskva birjası indeksi 45.49% azalaraq 1681.55 bənd təşkil edib. RTS indeksi 50% azalaraq 610.33 bənd olub.

Son xəbərlər
Digər xəbərlər