8 C
Baku
Wednesday, October 30, 2024

Avropanın qaz anbarlarının doluluq səviyyəsi 65 %-i keçib

Avropanın yeraltı qaz anbarlarının doluluq səviyyəsi 65 %-i keçib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Gas Infrastructure Europe”nın (GIE) məlumatlarında bildirilir.

Hazırda bu anbarlarda 70 milyard kubmetrədək qaz var. Ötən il bu göstərici yalnız avqustun 24-ü əldə olunmuşdu.

Məlumata görə, hazırda anbarların doluluq səviyyəsinə görə ən yaxşı vəziyyət Portuqaliya (100 %) və Polşadadır (98.21 %). Bu baxımdan ən aşağı göstəricilər Bolqarıstan (42.5 %) və Latviyadadır (49.04 %).

Bildirilir ki, anbarların doldurulması templəri saxlanılarsa, artıq sentyabrın əvvəllərində Avropa ölkələrinin ehtiyatları 80 %-ə çata bilər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər