26 C
Baku
Saturday, July 27, 2024

Rusiyanın Avropaya ixrac ödənişlərində rublun payı 50%-dən aşağı düşüb

2023-cü ilin dekabrında Rusiyanın Avropa ölkələrinə ixrac ödənişlərində rublun payı 49%-ə qədər azalıb. Sonuncu dəfə bu göstərici 2023-cü ilin iyulunda 50%-dən aşağı düşüb, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir. Dekabrda Avropadan ixraca görə ödəniş edilərkən 41.5% hallarda dollar və avrodan istifadə edilib.

Ümumilikdə dekabrda ixrac üzrə ödənişlərdə rublun payı 36.1%, dollar və avronun payı 26.7%, dost ölkələrin valyutalarının payı 37.2% təşkil edib. Rusiyanın Karib hövzəsinə ixracına görə ödəniş edərkən rubl 91.7% payla digər valyutaları qabaqlayıb. Asiya ilə hesablaşmalarda rublun payı 33.1%, Afrika ilə – 26.6% olub, onlarla hesablaşmalarda dost ölkələrin valyutaları öndə olub (Asiya ilə hesablaşmalarda 43.4%, Afrika ilə hesablaşmalarda 70.2%). Amerika və Okeaniya ilə ödənişlər daha çox dollar və avro ilə həyata keçirilib – müvafiq olaraq 62.4% və 64.4%. Bu ərazilərdə rublun payı 35.2% (Amerika ilə) və 31.5%-ə (Okeaniya ilə) çatıb.

Dekabrda idxala görə ödəniş edərkən rublun bütün istiqamətlər üzrə ümumi payı 31%, dollar və avronun – 28.2%, dost ölkələrin valyutalarının – 40.8% təşkil edib. Rubl Afrika (48.1%), Avropa (49%) və Okeaniya (43.6%) ilə hesablaşmalarda lider olub. Asiya və Karib hövzəsi ölkələrinə ödənişlər əsasən “dost” valyutalarda aparılıb – onların payı müvafiq olaraq 55.5% və 43.3% təşkil edib. Asiya ilə hesablaşmalarda rublun payı 24%, Karib hövzəsi ölkələri ilə – 38.4%, Amerika ilə – 35.1% olub.

Federal Gömrük Xidmətinin məlumatına görə, 2023-cü ildə Rusiya ixracı 2022-ci illə müqayisədə 28.3% azalaraq 592.5 milyard dollardan 425.1 milyard dollara düşüb. Əgər 2022-ci ildə bu rəqəm 265.6 milyard dollar idisə, 2023-cü ildə 84.9 milyard dollar olub. Səbəb isə Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi olub.

Son xəbərlər
Digər xəbərlər