Avropaya səyahət etmək bahadır? Əgər siz səyahətə qənaət etməyin üsullarını tapsanız, o zaman Avropaya səyahət etmək heç də baha olmayacaq. Bu üsulların bir neçəsini sizə təqdim edirik:
Avia şirkətlərin loukost aksiyalarına abunə olun
Belə aksiyalar zamanı Ryanair, EasyJet, Wizzair kimi şirkətlər Parisdən Barselonaya 10 avroya, Barselonadan Milana isə səyahət paketini 25 avroya təşkil edirlər. Sizə düşən isə yalnız bu aksiyaların təşkil olunduğu vaxtı izləməkdir.
Bu cür səyahət paketlərini adətən uçuşdan yarım il əvvəl əldə etmək mümkündür. Əgər bu aksiyalardan xəbərdar olmaq istəyirsinizsə, qeyd etdiyimiz şirkətlərin poçt ünvanlarına abunə olmalısınız. O zaman siz bu aksiyalar haqqında bildirişlər alacaqsınız.
Yerli ictimai nəqliyyat ilə maraqlanın
Avtobusla yol getmək taksi ilə getməkdən daha ucuz olduğu hər kəsə məlumdur. Lakin bir sıra Avropa ölkələri bir günlük, bir həftəlik və yaxud bir aylıq limitli ictimai nəqliyyat ilə səyahət etmək paketləri təqdim edirlər. Avropanın əksər ölkələrində ictimai nəqliyyatın qiyməti yarım avrodan üç avroya qədərdir.
Bu cür aksiyalardan zəngin ekskursiya gününüz olanda istifadə edə bilərsiniz.
Şəhərlərin turistik xəritələrini əldə edin
«Abunəliklər» sizə bir sıra muzeylərə, şəhərin görkəmli yerlərinə, restoranlara endirimlə getmək imkanı yaradacaq. Məsələn, Barselonada 35 avroya xəritə almaqla siz iki gün ərzində ictimai nəqliyyatdan pulsuz istifadə etmək, 15 muzeyi pulsuz ziyarət etmək, bir sıra restoranları, klubları, zooparkları endirimli şəkildə ziyarət etmək və bir neçə suvenir mağazalarından endirimli alış-veriş etmək haqqını qazanacaqsınız.
Pikniklər təşkil edin
Avropa şəhərləri gözəl mənzərəli parkları ilə məşhurdu. Mülayim hava şəraitində kafelərdə nahara pul sərf etməkdənsə, təbiət qoynunda istirahət etməyə üstünlük verin.
Piknik üçün ərzaqları yerli ərzaq bazarından ala bilərsiniz. Bu cür istirahət həm sərfəli, həm də faydalı olacaq.
Həftə içi səyahət edin
Avropa şəhərlərinə ən güclü turist axını həftə sonu müşahidə olunur. Bu günlərdə həm muzeylərə, həm də mənzillərə olan qiymətlər qalxır. Bundan savayı, qatarlara və təyyarələrə biletlər bazar ertəsindən çərşənbə axşamına qədər daha ucuz olurlar.
Pulsuz ekskursiyalara gedin
Avropanın demək olar ki, hər bir şəhərində havayı ekskursiyalar təşkil olunur. Axtarış sisteminə «Berlin free walking tour» ifadəsini daxil etsəniz, könüllü təşkilatlar saytları açılacaq. Bu təşkilatlar hər gün pulsuz piyada ekskursiyaları təşkil edirlər. Əgər istəsəniz, ekskursiyanın sonunda gənc könülü gidlərə pul verə bilərsiniz.
Öncədən su tədarükünüzü görün
Hər hansısa bir şəhəri gəzərkən bizə lazım olan ən vacib şey sudur.
Məşhur turistik yerlərdə satıcılar susuzluğun çox güclü bir hiss olduğunu yaxşı bilirlər. Bütün günü şəhəri gəzən turistlər mütləq susayacaqlar. Buna görə satıcılar içkilərin qiymətlərini 2-3 dəfə süni şəkildə qaldırırlar.