13 C
Baku
Friday, April 26, 2024

Avrora‌ ‌Qrup‌ ‌və‌ ‌Berg‌ ‌Qlükoza‌ ‌məktəbliləri‌ ‌sevindirib‌ ‌

®Bilik Günü münasibəti ilə Avrora Qrup və şirkətə məxsus olan Berg Glucose brendi sosial məsuliyyət proqramına uyğun olaraq Göygöl rayonunun Keşkü kənd orta məktəbində təhsil alan bütün şagirdləri məktəb ləvazimatları və çantalarla təmin edib. Şirkət eyni zamanda ali məktəbə hazırlaşan yuxarı sinif şagirdlərinə fənlər üzrə testlər də hədiyyə edib. 

IMG 2020 scaled

Görüşdə çıxış edən məktəb direktoru mətəblilərə lazım olan bütün ləvazimatları təmin etdiyinə görə Berg GlucoseAvrora Qrupa öz təşəkkürünü bildirib. Avrora şirkətinin əməkdaşları da öz növbəsində şagirdləri yeni tədris ili münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıb.  

IMG 1995 scaled IMG 2045 scaled IMG 2005 scaled

Məlumat üçün bildirək ki, Avrora şirkəti 2021-ci ilin “Korporativ sosial məsuliyyət proqramı”nda uşaqlara xüsusi yer ayırıb. İl ərzində keçirilən sosial layihələrin məqsədi uşaqların üzündə təbəssüm yaratmaq, onların yanında olaraq müxtəlif istiqamətlərdə dəstək verməkdir.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər