Asiya ölkələri idxal-ixrac əməliyyatlarında istifadə üçün vahid valyuta yaratmalıdır.
Bunu Malayziyanın baş naziri Mahathir Məhəmməd Yaponiyada iqtisadi forum zamanı deyib.
Onun sözlərinə görə, əgər Asiya ölkələri daha sıx birləşmək istəyirsə, qızıl standart əsasında ümumi ticarət valyutası yaratmalıdır:
“Bu valyuta daxili hesablaşmalar zamanı deyil, ancaq ölkələr arasında ticarət əməliyyatlarında istifadə olunacaq”.