1 C
Baku
Saturday, December 14, 2024

Avrozona iqtisadiyyatında inkişafın dayanması siqnalları gəlir

Almaniya və Avrozonanın əsas iqtisadi göstəricilərindən biri olan və ZEW (Avropa İqtisadi Araşdırmalar Mərkəzi) tərəfindən yayımlanan iqtisadi əhval-ruhiyyə indeksi avqust ayında kəskin azalma göstərib.

“Investing.ru” saytına istinadən, proqnozlar bu göstəricinin 15 bənd təşkil edəcəyini göstərsə də, Almaniyada bu göstərici avqustda 10 bənd təşkil edib. İyulda isə indeks 17,5 bənd olub.

Avrozonada isə iqtisadi əhval-ruhiyyə indeksi 34,2 bənd proqnozlaşdırıldığı halda, faktiki 29,3 bənd (iyulda – 35,5 bənd) təşkil edib.

Analitiklər Avropa Mərkəzi Bankının (ECB) açıqlanan göstəriciləri diqqətsiz qoymayacağını bildiriblər. İndeksin azalmasını iqtisadçılar avronun 2017-ci ildə ABŞ dolları ilə müqayisədə 10%-dən çox bahalaşması ilə izah edirlər. Avronun bahalaşması nəticəsində avropalı mal istehsalçılarının dünya bazarında rəqabət qabiliyyətinin azaldığı bildirilir.

Xatırladaq ki, avqustun 25-də ECB sədri Mario Draginin ABŞ-ın Cekson Hol kurort şəhərciyində keçirilən mərkəzi bank rəhbərlərinin sammitində çıxışı gözlənilir. Açıqlanan zəif iqtisadi göstəricilərdən sonra Draginin monetar ekspansiyanı davam etdiriləcəyi və ya ən yaxşı halda həcminin bir qədər azaldılacağını açıqlaması gözlənilir. Bu da öz növbəsində avronun bir qədər ucuzlaşmasına gətirib çıxara bilər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər