8 C
Baku
Sunday, November 17, 2024

Avrozona tənəzzüllə üzləşə bilər

Avrozona-nın rekord qaz qiymətləri fonunda tənəzzüllə üzləşə biləcəyi istisna olunmur.

Bunu cümə axşamı Avropanın iqtisadi məsələlər üzrə komissarı Paolo Centiloni “Der Spiegel” jurnalına müsahibəsində deyib.

“Bunu (Avrozonada tənəzzül – red.) heç kim istisna edə bilməz. İnflyasiyanın hazırkı səviyyəsi iqtisadiyyatımızda qeyri-sabitliyə gətirib çıxaracaq, qarşıdan gələn qış tarixin ən pis fəsillərindən biri ola bilər. Biz görünməmiş qeyri-müəyyənliklə üzləşmişik. Amma bütövlükdə Aİ iqtisadiyyatının göstəriciləri əvvəlki kimi müsbətdir, əmək bazarında vəziyyət yaxşıdır”, – deyə o bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər