20 C
Baku
Wednesday, April 24, 2024

Avrozonada inflyasiya 10 illik maksimuma çatıb

Avropa Komissiyasının statistika idarəsi avqustun 31-də Avrozonada inflyasiyanın 2020-ci ilin eyni ayı ilə müqayisədə 3% təşkil edəcəyini açıqlayıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. İnflyasiyanın artması prosesi iyul ayında başlayıb. Həmin dövrdə mütəxəssislər onun 2.2% olduğunu yazıb.

Enerji qiymətləri ən çox avqust ayında artıb (15.4%). Qiymətləndirmələrə görə, sənaye malları 2.7% (iyul ayında 0.7%), ərzaq, spirt və tütün 2% (iyul ayında 1.6%) bahalaşıb. Avrodan istifadə edən 19 ölkədə inflyasiya son 10 ilin ən yüksək səviyyəsinə çatıb. Nəticələr Avropa Mərkəzi Bankının proqnozlaşdırdığı 2.7%-dən daha yüksək olub.

Xatırladaq ki, daha əvvəl Almaniya avqust ayında inflyasiyanın 2008-ci ildən bu yana ən yüksək həddə çatdığını bildirib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər