Aİ-nin Ukraynaya 90 milyard avro krediti Rusiyadan təzminatlar hesabına ödəniləcək

Avropa İttifaqının (Aİ) Ukraynaya 90 milyard avro məbləğində kredit ödənişi Rusiyadan Kiyevə çatacaq təzminatlar hesabına həyata keçiriləcək.

Bu barədə Aİ-nin mətbuat xidməti məlumat yayıb.

Aİ Şurası 2025-ci ilin dekabrında şura tərəfindən razılaşdırılmış bu kreditin verilmə şərtlərini müəyyən edən sonuncu əsas qanunvericilik aktını qəbul edib. Bunun Avropa Komissiyasına ödənişlərə artıq 2026-cı ilin ikinci rübündə başlamağa imkan verəcəyi gözlənilir.

Vəsaitlər Ukraynanın ən təxirəsalınmaz büdcə ehtiyaclarının qarşılanmasına, həmçinin 2026-2027-ci illərdə müdafiə-sənaye potensialının inkişafına yönəldiləcək.

Qeyd olunub ki, maliyyələşmə qanunun aliliyinin təmin edilməsi və korrupsiyaya qarşı mübarizə də daxil olmaqla, sərt şərtlərə əməl edildiyi təqdirdə təqdim ediləcək.

Kredit Aİ-nin kapital bazarlarındakı borclanmaları hesabına maliyyələşdiriləcək və birliyin büdcə ehtiyatları ilə təmin ediləcək.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər