22 C
Baku
Friday, April 26, 2024

Avrozonada inflyasiya səviyyəsi 8.5%-ə düşüb

“Eurostat”ın məlumatına görə, fevral ayında avro zonasında inflyasiya 0.1% azalaraq illik ifadədə 8.5%-ə düşüb. Yekun məlumatlar ilkin hesablamalarla ilə üst-üstə düşüb.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Enerji və ərzaq məhsulları istisna olmaqla istehlak qiymətləri (CPI Core) yanvarda 5.3%-ə qarşı fevral ayında illik ifadədə rekord 5.6%-ə yüksəlib.

İnflyasiya ən çox Macarıstanda (25.8%), Latviyada (20.1%) və Çexiyada (18.4%), ən az Lüksemburqda (4.8%), Belçikada (5.5%) və İspaniyada (6%) artıb.

Bir gün əvvəl Avropa Mərkəzi Bankı (ECB) uçot dərəcəsini 50 baza bəndi artırıb və gələcəkdə yenidən artıma hazır olduğunu açıqlayıb. ECB hesab edir ki, faiz artımı avrozonanı orta müddətli inflyasiya hədəfi olan 2%-ə yaxınlaşdırmalıdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər