Bu ilin mart ayında Avrozonanın 19 ölkəsində, ilkin hesablamalara görə, inflyasiya bir ay əvvəlki 0,9%-dən 1,3%-dək sürətlənib.
Bu barədə Avropa Statistika Agentliyinin hesabatında deyilir.
“DailyFx” portalı tərəfindən aparılan sorğunun nəticələrinə görə, bu göstərici analitiklərin proqnozu ilə üst-üstə düşüb.
Ötən ilin mart ayında Avrozonada illik inflyasiya 0,7% səviyyəsində idi.
İllik inflyasiya, ilkin qiymətləndirmələrə görə, fevraldakı 1,1%-ə qarşı martda 0,9% təşkil edib. Analitiklər bu göstəricinin 1,1% səviyyəsində olacağını gözləyirdilər.