16 C
Baku
Thursday, May 2, 2024

Avrozonada istehsalçı qiymətləri artım göstəricisi üzrə tarixi maksimuma çatıb

Bu ilin fevral ayında avro zonasında istehsalçı qiymətləri (PPI indeksi) əvvəlki ayla müqayisədə 1,1% artıb. Yanvarda artım 5,1% səviyyəsində olub.

“Eurostat”ın verdiyi məlumata görə, illik ifadədə fevralda qiymət artımı 31,4% təşkil edib, bu da artım göstəricisinin hesablanması tarixində ən yüksək səviyyədir.

Avropa İttifaqı ölkələrində istehsalçı qiymətlərində (yanvarda 5% artım olub) fevral ayında 1,1% artım müşahidə olunub, illik ifadədə isə qiymətlər 31,1% artıb.

Ay ərzində sənaye istehsalçılarının qiymətlərində ən çox artım Slovakiya (13,6%), Sloveniya (5,7%) və Yunanıstanda (4,8%) qeydə alınıb. İrlandiyada (-8,1%), Finlandiyada (-0,5%), Latviyada (-0,3%) və Bolqarıstanda (-0,1%) azalmalar müşahidə olunub.

Bütün Aİ ölkələrində də istehsalçı qiymətlə illik ifadədə artıb. Sənaye istehsalçılarının qiymətlərində ən çox artım İrlandiyada (63,4%), Rumıniyada (57,7%) və Danimarkada (53,8%) qeydə alınıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər