9 C
Baku
Sunday, November 17, 2024

Avrozonanın əsas iqtisadiyyatında inflyasiya düşüb

Avro blokun əsas iqtisadiyyatı sayılan Almaniyada illik inflyasisiya iqtisadçıların gözlədiyi kimi azalıb.

Banker.az Almaniya Federal Statistika İdarəsinə (DeStatis) istinadla xəbər  verir ki, mart ayında ölkə ərazisində aylıq inflyasiya 0.8%-də sabit qaldığı halda illik orta inflyasiya fevraldakı 8.7%-dən 7.4%-ə düşüb.

Almaniyadakı inflyasiya treyderlərin avro ilə bağlı qərarına əsas izlənilən indikator sayılır. İnflyasiyanın yuxarı olması Avropa Mərkəzi Bankının (ECB) faiz artımları qərarına mühüm təsiri kimi qiymətləndirilir.

Demək olar ki, hər iki iqtisadi göstəriciyə artıq bazar reaksiya vermişdi. Çünkü hər iki statistika gözləntiləri doğrultdu.

Ötən gün ABŞ-da inflyasiyada gözlənilməz azalma ardından ABŞ dollarının avroya qarşı məzənnəsi ucuzlaşdı. EUR/USD cütlüyü 1.0925 səviyyəsindən 1.0985 səviyyəsinə qədər artım etdi.

Son xəbərlər
Digər xəbərlər