8 C
Baku
Monday, November 18, 2024

Avstraliya dolları risklər səbəbindən ucuzlaşır

“Aussie” ləqəbli Avstraliya dolları COVID-19 pandemiyasının riskləri səbəbindən ilk günlərindən bəri ən aşağı səviyyəyə enib.

Riskə həssas olan “Aussie” ABŞ dolarına qarşı 0.4% dəyər itirib və AUD/USD məzənnə cütlüyü 0.6674 səviyyələrinə düşüb. İlin əvvəlindən bu tərəfə AUD dollar qarşısında 8.02% uculaşıb.

1x 1

Dünya Bankının qlobal iqtisadiyyatın gələn il ressesiya ilə üzləşə biləcəyini bildirməsindən sonra investorlar təhlükəsiz sığınacağı ABŞ dollarına yığılıb və riskli aktivləri satıblar. Cümə axşamı Vaşinqtonda yayımlanan araşdırmaya görə, dünya üzrə siyasətçilər yarım əsrdə görünməmiş sinxronlaşma dərəcəsi ilə monetar və fiskal dəstəyi geri çəkirlər.

Avstraliyanın ən böyük ticarət tərəfdaşı olan Çindəki geriləmələr də “Aussie”nin enişində səbəblərdən biridir. “Bloomberg” sorğusunda konsensus iqtisadiyyatın bu il 3.5% genişlənməsi ilə bağlıdır ki, bu da dörd onillikdən çox müddətdə ikinci ən zəif illik göstərici olacaq. “Morgan Stanley” və “Barclays Plc”dəki proqnoz verənlər də, ilin sonuna doğru risklər artdıqca daha da yavaş böyüməni proqnozlaşdıranlar arasındadır.

Son xəbərlər
Digər xəbərlər