“Avstraliya regionda davamlı sülhün bərqərar olunmasında və Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında maraqlıdır”.
Bu fikirləri Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mayls Robert Armiteyc Prezident İlham Əliyevə etimadnaməsini təqdim edərkən deyib.
Həmçinin bu xüsusda Prezident İlham Əliyev Azərbaycanın regional sülh gündəliyinin irəli aparılması üçün səylərini bundan sonra da davam etdirəcəyini bildirərək, artıq regionda sülhün mövcud olduğunu qeyd edib.