6 C
Baku
Sunday, December 15, 2024

Avstraliya hökuməti ölkəyə girişi tam qadağan edir

Avstraliya hökuməti koronavirusun yayılması səbəbi ilə bütün əcnəbi vətəndaşların ölkəyə girişinə tamamilə qadağa qoymaq niyyətindədir.

TASS xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Skott Morrison Kanberrada keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, qadağa bu axşam Nazirlər Kabineti tərəfindən qəbul ediləcək və yerli vaxtla martın 20-si saat 21:00-da qüvvəyə minəcək. Nazir belə addım atmalarını Avstraliyada aşkarlanan bütün halların təxminən 80%-nin ya ölkə xaricində yoluxmanın, ya da Avstraliya xaricində yoluxmuş insanlarla təmasların nəticəsi olması ilə izah edib.

Qeyd edək ki, Avstraliyada 636 koronavirusa yoluxma halı qeydə alınıb. Ölkə daxilində təxminən 2 min pasiyent virus testinin nəticələrini gözləyir. Bu günə qədər 25 nəfər sağalıb, 6 nəfər ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 176 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 219 min nəfəri keçib. 8 969 nəfər isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

©Report

Son xəbərlər
Digər xəbərlər