Avstraliya Mərkəzi Bankı bu ay artıq ikinci dəfədir ki, koronavirus pandemiyasının iqtisadi təsirini azaltmaq üçün faiz dərəcəsini aşağı salır.
Banker.az bu barədə xarici KİV-ə istinadən məlumat verir.
Qeyd edildiyi kimi, faiz dərəcəsi 0,5% səviyyəsindən 0,25% səviyyəsinə endirilib.
“Müəyyən anda virus lokallaşdırılacaq və Avstraliya iqtisadiyyatı bərpa ediləcək. Hələki əsas prioritetimiz iş yerlərini və gəlir səviyyəsini dəsətkləməkdir”, – Mərkəzi Bankın mesajında deyilir.
Tənzimləyici həmçinin ölkə banklarına 0,25% ilə üç illik maliyyəşməni təmin edəcəkdir. Banklar ödəmədiyi kreditin 3% -i qədər ilkin maliyyələşdirmə əldə edə biləcəklər.
Xatırladaq ki, daha əvvəl Avstraliya hökuməti koronavirusun yayılması fonunda yaranan tənəzzülün qarşısını almaq üçün 17,6 milyard Avstraliya dolları ayırmağı vəd etmişdir.
Yeni virusla mübarizəyə səhiyyəyə əlavə 2,4 milyard dollar vəsait ayrılıb.