Avstraliya hökuməti koronavirusa qarşı vaksinasiya edilmiş vətəndaşların vacib məqsədlərlə xaricə səfər edə bilməsi üçün sərhədlərini mərhələli şəkildə açmağı düşünür.
TASS agentliyi xəbər verir ki, bu barədə Avstraliyanın baş naziri Skot Morison bildirib.
Onun sözlərinə görə, avstraliyalılar ölkəyə qayıdarkən öz hesablarına otellərdə iki həftəlik karantində qalacaqlar.
Avstraliya keçən ilin martında pandemiya səbəbi ilə beynəlxalq sərhədlərini bağlayıb. Bu günə qədər ölkədə 29 400-dən bir qədər çox koronavirusa yoluxma faktı qeydə alınıb, 999 nəfər ölüb.