10 C
Baku
Wednesday, December 11, 2024

Avstraliya Rusiya və İran vətəndaşlarına qarşı sanksiyalar tətbiq edir

Avstraliya Rusiya və İran vətəndaşlarına qarşı sanksiyalar tətbiq edir.

Bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonq bildirib.

Onun sözlərinə görə, hökumət Rusiyanın 7 vətəndaşına, eləcə də İranda insan hüquqlarının pozulmasında əli olan şəxslərə və təşkilatlara qarşı sanksiya tətbiq etmək qərarına gəlib.

Rusiyaya pilotsuz təyyarələrin verilməsi, İranda etirazların zorakılıqla yatırılması və insan hüquqlarının pozulması sanksiyaların tətbiq edilməsi zərurəti yaradıb.

Vonq, həmçinin qeyd edib ki, İranın üç vətəndaşı və bir müəssisəyə qarşı əlavə iqtisadi sanksiyalar tətbiq olunacaq.

Bu günə qədər Ukrayna ətrafında baş verən hadisələrlə əlaqədar Avstraliya 850 Rusiya və Belarus vətəndaşına, o cümlədən iki ölkənin prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenkoya, habelə Rusiyanın ən iri müəssisə və təşkilatlarına qarşı sanksiyalar tətbiq edib. Bundan əlavə, silah və komponentlərin, neft və qaz hasilatı üçün xammal və avadanlıqların ixracı, Rusiyadan enerji, silah və sursat idxalı qadağandır.

Son xəbərlər
Digər xəbərlər