6 C
Baku
Thursday, November 7, 2024

Avstraliya Rusiyadan qızıl idxalına embarqo qoyur

Avstraliya hakimiyyəti Rusiyanın 16 nazirinə sanksiya tətbiq etmək niyyətindədir. Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir. Qeyd olunur ki, Rusiyadan qızıl idxalına embarqo da nəzərdən keçirilir. Ümumilikdə 843 rusiyalı Avstraliya sanksiyalarına məruz qalacaq.

Ölkə daha əvvəl də Rusiyaya qarşı məhdudiyyətlər tətbiq edib. İyulun 1-də Rusiyanın uşaq hüquqları üzrə müvəkkil Mariya Lvova-Belova, kənd təsərrüfatı naziri Dmitri Patruşev, nəqliyyat naziri Vitali Savelyev, tikinti və mənzil-kommunal təsərrüfat naziri Fayzullin və digər rəsmi şəxslərinə qarşı sanksiyalar qoyulub.

Aprel ayında Avstraliya Rusiyaya dəbdəbəli malların, o cümlədən damazlıq atlar, xəzlər, şərablar, zərgərlik əşyaları və s. tədarükünü qadağan edib.

Son xəbərlər
Digər xəbərlər