Avstraliyanın Ehtiyat Bankı (RBA) nağd pul (uçot faiz) dərəcəsini 3.20%-dən 3.35%-ə çatdıraraq bugünkü iclasda daha 25 barel artırıb.
Banker.az RBA-nin press-relizinə istinadla xəbər verir.
Faizlərin zirvəyə yaxın olduğu və ya tezliklə düşəcəyi ilə bağlı heç bir açıqlama verməməsi isə onun növbəti qərarlarda da artıma gedə biləcəyinə işarədir.
Qeyd edək ki, mərkəzi bank uçot faiz dərəcəsini 2022-ci ilin aprelinə qədər iqtisadiyyata stimul verən 0.10%-lə pul siyasətini müəyyən etmişdi. Lakin inflyasiyanın kəskin artması və milli valyutanın dəyərdən düşməməsi üçün faizləri artırmağa başladı.
“Proqnoza görə, illik inflyasiyası bu il 3.75 faizə, 2025-ci ilin ortalarına qədər isə təxminən 3 faizə enəcək”-deyə, RBA bildirib.
“İdarə Heyəti inflyasiyanın hədəfə qayıtmasını və bu yüksək inflyasiya dövrünün yalnız müvəqqəti olmasını təmin etmək üçün gələcək aylarda faiz dərəcələrinin daha da artırılmasına ehtiyac olacağını gözləyir”.
RBA-nin xarici valyuta ehtiyatlarının həcmi son ayda 38 milyard 480 milyon dollardan 38 milyard 149 mimlyon dollara düşüb.
Avstraliya mərkəzi bankının bu açıqlamalarından sonra Avstraliya dolları ABŞ dollarına qarşı 0.76% bahalaşaraq 0.6933 USD olub.