11 C
Baku
Wednesday, December 11, 2024

Avstraliya Ukraynaya 3 milyon dolar maliyyə yardımı ayıracaq

Avstraliya Ukraynaya silah və dərman alınması üçün 3 milyon dollar vəsait göndərəcək.

Bu barədə Baş nazir Skott Morrison fevralın 28-də bəyan edib.

“Avstraliya təcili tədbirlər çərçivəsində Ukraynaya uçan və uçmayan sursat, dərman alınması və maliyyə dəstəyi göstərilməsi üçün NATO-ya 3 milyon ABŞ dolları göndərəcək. Uçan hərbi texnikanın və sursatın Ukraynaya verilməsinin qaydaları NATO-dakı müttəfiqlər, həmçinin ABŞ və Böyük Britaniyadakı həmkarlarımızla razılaşdırılacaq”, – deyə Baş nazirin hökumətin saytında yerləşdirilən bəyanatında qeyd edilir.

Avstraliyanın Ukraynadan coğrafi cəhətdən çox uzaqda yerləşdiyini bildirən S.Morrison buna görə də ölkəsinin Kiyevə ABŞ və Böyük Britaniya kimi əhəmiyyətli yardım göstərə bilməyəcəyini etiraf edib.

Bu ərəfədə Baş nazir Ukraynaya humanitar yardımın göstəriləcəyini, kibertəhlükəsizliklə bağlı təhsil və turist və ailəvi vizaların verilməsinin sürətləndiriləcəyini vəd edib. Eyni zamanda, S.Morrison Avstraliyanın Ukraynaya heç bir halda silah və hərbi qüvvə göndərməyəcəyini də bildirib.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər